Polşalı fanat klubunu tək qoymamaq üçün qaldırıcı kranı icarəyə götürdü

12:20 12-06-2020 432

Polşanın “Şlönsk” klubunun azarkeşi komandasına dəstək olmaq üçün qaldırıcı kranı icarəyə götürüb.

Lenta.ru xəbər verir ki, futbol fanatının şəkli klubun rəsmi “Twitter” hesabında yerləşdirilib.

Klubun mətbuat xidmətindən verilən məlumata görə, “Şlönsk” klubunun azarkeşi “Plotska” ilə qarşılaşmanı 22 metr hündürlükdən izləyib.

Qeyd olunur ki, azarkeşi şəxsən tanımırlar və yaxşı olar ki, fanat özünü təqdim etsin.

Futbol üzrə Polşa çempionatı koronavirus pandemiyası ilə əlaqədar mart ayında dayandırılıb. May ayının sonunda isə çempionat oyunlarının azarkeşsiz keçirilməsinə icazə verilib.