Eto’Odan qəribə təklif: “Messi karyerasını 70 yaşına qədər davam etdirməlidir”

08:00 13-06-2020 405

Kamerun millisinin və “Barselona” klubunun sabiq futbolçusu Samuel Eto’O Lionel Messiyə müraciət edərək, karyerasını 70 yaşına qədər davam etdirməsini xahiş edib.

S.Eto’O’nun bu açıqlamasını “Marca” nəşri yayıb.

Sabiq hücumçunun sözlərinə görə, bəşəriyyət 32 yaşlı argentinalının oyunundan mümkün qədər çox zövq almalıdır.

“Leo - dünyanın və tarixin ən yaxşı futbolçusudur. Mən özümə klub seçəndə hər zaman ondan məsləhət almışam. Messiyə kömək etmək lazımdır. Artıq 25 yaşındakı kimi qaça bilməz, hərçənd ki, bəzən bunu da edir”, - S.Eto’O sözlərinə əlavə edib.