Aşıq Namiq: “Karantin bitəndən sonra qohumumla evlənəcəyəm” - VİDEO

15:00 14-06-2020 509

“Mənim yaşda olan kişilərin bığ yerləri indi tərləyir. Hələ mənim 36 yaşım var. Evlənməyə tələsmirəm”.

HerGun.Az xəbər verir ki, bu sözləri aşıq Namiq Fərhadoğlu ATV telekanalında yayımlanan “Ən yaxşısı” axşam şousunda qonaq olarkən deyib.

Aşıq Namiq karantindən sonra qohumu ilə ailə quracağını açıqlayıb:

“Dağlar oğluyam, pulla bağlı heç bir problemim yoxdur. 20-25 yaşım olsaydı, evlənib-boşana bilərdim. Amma 36 yaş və daha yuxarısı elədir ki, burada kimi seçirsənsə qəbirə kimi yoldaş olmalıdır.

O qədər ailələr var ki, sosial şəbəkədə izləyici tərəfindən yazılan “canım”, “gözüm” kimi sözlərə görə, boşanıb. Belə məqamları gördükdən sonra anlayıram ki, evlənməmək, subay qalmaq daha yaxşıdır.

Lakin seçimimi artıq etmişəm. Seçdiyim xanım öz qohumumuzdur. Çox axtarıb-araşdırdıqdan sonra belə qənaətə gəldim ki, ən yaxşısı qohumla evlənməkdir. Məni başa düşən xanımdır. O xanım “Facebook” və “Instagram” hesablarımda mənə yazan qız fanatlarımın şərhlərindən xəbərdardır. O da yazılan şərhləri müsbət qarşılayır. Düşünürəm ki, həmin xanım mən axtardığım insandır. Karantin bitəndən sonra subaylığın danışını atıb, evlənəcəyəm”.

Rəşad Əliyev