Fernando Musleranın ayağı sındı - VİDEO

00:40 15-06-2020 487

Türkiyənin “Qalatasaray” klubunun qapıçısı oyun zamanı ciddi xəsarət alıb.

“Fanatik”in məlumatına görə, Fernando Muslera “Qalatasaray”- “Rizespor” oyununda zədələnib.

15-ci dəqiqədə rəqiblə toqquşan qapıçının ayağının sındığı bildirilir. Muslera oyunu yarımçıq tərk etməli olub. Onu dərhal xəstəxanaya yerləşdiriblər.

Qeyd edək ki, futbolçu doqquz ildir “Qalatasaray”da çıxış edir.