AFFA İK-nın növbəti iclasının vaxtı bilindi

19:40 16-06-2020 443

AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı açıqlanıb.

HerGun.Az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, iclas iyunun 18-də videokonfrans formatında keçiriləcək.

Toplantı saat 11:00-da başlayacaq.

İclasda Azərbaycan Premyer Liqası və ölkə kuboku ilə bağlı yekun qərar veriləcək.