Türkiyəli məşhur aparıcı intihar cəhdinin qarşısını aldı - FOTO

03:40 18-06-2020 522

Türkiyəli məşhur teleaparıcı Esra Erol İstanbulda intihara cəhd edən şəxsi ölümdən qurtarıb.

Sondakika.com məlumat verir ki, Bahçelievler rayonunda elektrik dirəyinə çıxan Ömər K. özünə qəsd etmək istəyib. O, “Facebook” hesabından canlı yayım açaraq, uşağının zorla əlindən alındığını bildirib.

Ətrafda olan vətəndaşlar bunu polisə və tibb işçilərinə xəbər veriblər.

Əraziyə xilasedicilər cəlb edilib. Bunların bir faydası olmadığı zaman hadisə yerinə Esra Erol gəlib. O, həmin şəxsi intihar etməkdən çəkindirə bilib. Elektrik dirəyindən endirilən kişi ifadəsinin alınması məqsədilə polis idarəsinə aparılıb.