“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirdi - FOTO

02:20 21-06-2020 468

“Neftçi” 2020/2021 mövsümü üçün ilk transferini rəsmiləşdirib.

HerGun.Az-a klubdan verilən məlumata görə, Cabir Əmirli ilə iki illik müqavilə bağlanıb.

23 yaşlı müdafiəçi komandanın heyətində 2 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, bunadək “Keşlə”də keçirdiyi dörd mövsüm ərzində meydana çıxdığı 54 oyunda bir qola imza atmış Əmirli Azərbaycanın U-21 milli komandasında da çıxış edib.