Hindistanın məşhur musiqi qrupu Azərbaycan mahnısı ifa etdi - VİDEO

16:40 22-06-2020 526

Hindistanın məşhur musiqi qrupu Azərbaycan mahnısı ifa edib.

HerGun.Az xəbər verir ki, söhbət Hindistanın “Farafi” adlı milli musiqi qrupundan gedir.

Azərbaycanın məşhur xalq mahnılarından olan “Durma qapı dalında”nı ifa edən qrupun görüntüləri sosial şəbəkələrdə yayılıb.

Xatırladaq ki, adıçəkilən mahnını ilk dəfə bu aranjimanda Xalq artisi Mənsum İbrahimov ifa edib.

Könül Cəfərli