Sabunçuda 35 yaşlı kişini bir neçə nəfər döyüb sonra da bıçaqladı

00:00 23-06-2020 814

Bakının Sabunçu rayonunda bir nəfər naməlum şəxslər tərəfindən döyülərək bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Ramana qəsəbəsində baş verib.

1985-ci il təvəllüdlü Səmədov Zaur Nəriman oğlu bir neçə nəfərlə dava zamanı bıçaqla yaralanıb. 

Yaralı qarın nahiyəsinə bir neçə kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.