Minadan qalmaqallı açıqlama: “Oğlan həvəsini alandan sonra qızı atır” - VİDEO

18:20 23-06-2020 545

“Oğlan həvəsini alandan sonra qızı atır. Əgər oğlan qızla bir yerdə yaşayırsa, bunu qəbul etmirəm. Münasibətlərdə qız oğlana sərhəd qoymalıdır. Oğlan qızdan istifadə edib, sonra onunla evlənməyəcəksə, buna qarşıyam”.

HerGun.Az xəbər verir ki, bu sözləri müğənni Mina Hüseyn ARB TV-də yayımlanan “Show News” proqramına verdiyi müsahibəsində deyib.

Sənətçi qız-oğlan münasibətlərindən söhbət açaraq, müzakirələrə səbəb olacaq açıqlamalar verib:

“Qadın kişidən bir neçə addım öndə olmalı, özünə hörmət etməlidir ki, ondan istifadə etməsinlər”.

M.Hüseyn həyatda yaşadığı və ona acı verən qarşılıqsız sevgisindən söz açıb:

“Qarşılıqsız sevgim olub. İnsanın qəlbi bir dəfə qırılırsa, sonra münasibət qurmaq istəmir.

Heç kimlə ciddi sevgi yaşamamışam. Həyatımda olmaq istəyəni sınayıb, yoxlamışam. Sonradan anlamışam ki, yanımda olacaq insan deyil və onu özümdən uzaqlaşdırmışam. “Ağ atlı şahzadə”mi gözləyirəm”. 

Rəşad Əliyev