Hollivud ulduzu Elizabet Herlinin oğlunun atası intihar edib - FOTO

08:00 24-06-2020 556

Hollivud ulduzu Elizabet Herlinin oğlunun atası - milyonçu, ssenarist, prodüser, mesenat Stiv Binq intihar edib.

Bu barədə “Sky News” xəbər yayıb.

O, Kaliforniyanın Sençeri Siti rayonunda 27-ci mərtəbədə yerləşən mənzilindən özünü atıb.

Məlumata görə, Stiv depressiyadan əziyyət çəkib. Özünütəcrid rejimi isə onun vəziyyətini lap pisləşdirib. Stiv tez-tez ünsiyyət çatışmazlığından şikayət edib. Ancaq intiharın konkret səbəbi açıqlanmır.

Qeyd edək ki, Stivin ailəsi “Forbes”un versiyasına görə, ən zəngin 400 amerikalının siyahısına daxil edilib. Onun son nəhəng sərmayəsi 100 milyon dollara başa gələn “Qütb ekspressi”dir.

Stiv həmçinin cəmiyyətdə qadın qəlblərinin ovçusu kimi tanınmışdı. Onun sevgililərinin siyahısında Şeron Stoun, Naomi Kempbell, Uma Turman və Miranda Kerr kimi ulduzlar var. Elizabet Herlini isə hamiləliyi barədə öyrəndikdən dərhal sonra tərk etmişdi.

Stiv oğlu Demianı sona qədər qəbul etməyib.

Bununla belə, Demian ötən ilin iyun ayında babası Piter Binqin mirasından pay almaqla əlaqədar məhkəmədə qalib gəlib.