Moskvadakı Qələbə paradında iştirak edən Qırğızıstan nümayəndə heyətində koronavirus tapıldı

16:00 24-06-2020 406

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Moskvadakı Qələbə paradından qayıdan kimi özünütəcrid rejiminə keçəcək.

Buna səbəb bugünkü Qələbə paradında qonaq qismində iştirak edən Qırğızıstan nümayəndə heyətinin iki üzvündə COVID-19 virusunun aşkarlanmasıdır.

“RİA Novosti” agentliyi xəbər verir ki, məlumatı Qırğızıstan prezidentinin mətbuat xidməti yayıb.

Məlumatda qeyd olunur ki, koronavirus təhlükəsi ilə əlaqədar olaraq, Moskvadakı paradda iştirak üçün Rusiyaya səfər edən prezident, nümayəndə heyətinin üzvləri və onları müşayiət edənlər koronavirus testindən keçiblər.

Məlum olub ki, Prezidenti Aparatının Xarici siyasət şöbəsinin müdiri Daniyar Sıdıkov və mühafizə xidmətinin əməkdaşının COVID-19 testi pozitiv çıxıb.