Türkiyədə toyların yeni qaydası: Bəy-gəlindən başqa heç kim oynamayacaq

03:40 25-06-2020 318

Türkiyədə karantindən sonra yenidən icazə verilən toy mərasimlərində maraqlı qadağalar tətbiq ediləcək.

Sondakika.com xəbər verir ki, yeni qaydalara əsasən, toyda bəy və gəlindən başqa heç kim oynamayacaq.

Yallı getmək, şou göstərmak qadağandır. Bəy və gəlinə verilən hədiyyələr (pul və ya qızıl) onların yaxasına taxılmayacaq, sandıq və ya qutuya qoyulacaq.

Hamının maska taxmağı şərtdir.

Toylar açıq havada, az sayda iştirakçı ilə keçirilməlidir.