Qadın hərbçi qələbə paradında çəkməsini itirsə də, nizamı pozmadı - VİDEO

06:00 25-06-2020 543

Rusiyanın Kalininqrad şəhərində keçirilən Qələbə paradında diqqət çəkən hadisə baş verib.

Life.ru xəbər verir ki, paradda qadınlardan ibarət olan bölükdə addımlayan hərbçinin çəkməsi çıxıb.

Hərbçi qadın isə heç nə olmamış kimi sıra nizamını pozmayıb və addımlamaqda davam edib.

İradəli qadının mükafatlandırılması üçün hərbi rəhbərliyə müraciət olunacağı gözlənilir.