Rusiya Premyer Liqasında çıxış edən klubun altı futbolçusu koronavirusa yoluxub

03:00 26-06-2020 409

Rusiyanın “Orenburq” klubunun altı futbolçusu və iki texniki əməkdaşı koronavirusa yoluxub.

REN TV xəbər verir ki, rəhbərlik klub üzvlərinin koronavirus testinin nəticələrinə əsasən sözügedən açıqlama ilə çıxış edib.

Qeyd olunur ki, Rusiya Premyer Liqasının 23-cü turunda keçirilən “Lokomotiv” – “Orenburq” qarşılaşmasına qədər bütün futbolçuların COVID-19 testi mənfi nəticə vermişdi.

Qeyd edək ki, Rusiyada daha əvvəl Moskvanın “Lokomotiv” və “Dinamo” klublarında, həmçinin “Rubin”də koronavirusa yoluxma halları qeydə alınıb.