ABŞ pandemiyaya məhəl qoymayaraq, iqtisadi sahələri açır

09:20 28-06-2020 562

ABŞ-ın vitse-prezidenti Mayk Pens ölkənin bəzi bölgələrində infeksiyanın yayılma sürətinin artmasına baxmayaraq, iqtisadi sahələri açmağa davam edəcəklərini deyib.

Bu barədə “İnterfaks” M.Pensin brifinqdə verdiyi açıqlamaya istinadla xəbər yayıb.

Onun sözlərinə görə, amerikalıların həyatını və sağlamlığını qorumaq üçün zəruri tədbirləri görməyə davam etdikləri halda belə ABŞ-ı irəli aparmaq istəyirlər.

Vitse-prezident qeyd edib ki, ölkənin bütün ştatlarında iqtisadi sahələr təhlükəsiz və məsuliyyətli şəkildə açılır.