Hindistanda “TikTok” qadağan edildi

23:20 29-06-2020 377

Hindistan hökuməti ölkə ərazisində bir sıra mobil tətbiqlərin istifadəsinə qadağa qoyub. 

Ümumilikdə 59 mobil tətbiqi əhatə edən bu qadağa siyahısında  “TikTok”, “UC Brauzer” və Çinin sosial şəbəkəsi olan “WeChat” messencerinin adı var. 

TASS xəbər verir ki, hökumətin mətbuat xidməti bu barədə rəsmi məlumat yayıb.

Qadağanın əsas səbəblərindən biri kimi Hindistan Çin arasındakı gərginlik göstərilir.