Azərbaycanlı vəkil Yefremovun qəzada özünü təqsirli bilməməsini şərh edib

23:00 03-07-2020 339

Rusiyanın Əməkdar artisti Mixail Yefremov Moskvanın mərkəzində baş verən ölümcül qəzada özünü təqsirli bilməyib.

“LifeShot” “Telegram” kanalı aktyorun əslən azərbaycanlı olan vəkili Elman Paşayevdən bununla əlaqədar münasibət öyrənib.

Vəkilin sözlərinə görə, Yefremov heç vaxt təqsirli olduğunu etiraf etməyib.

“Əgər o, xəsarət alan tərəfə kömək etmək istəyirsə, bu o deməkdir ki, onun avtomobilinin iştirakı ilə ölümcül qəza baş verib. Buna görə zərərçəkən tərəfə kömək etmək istəyib”.

Vəkil zərərçəkən tərəfin isə bu qəzadan biznes, gəlir mənbəyi kimi istifadə etmək istədiyini və çirkin şou yaratdıqlarını vurğulayıb: 

“Buna görə, danışıq aparmağın faydasız olduğunu başa düşdükdən sonra onlarla ünsiyyəti dayandırdım. Yefremovun təqsirinin olub-olmamasını artıq məhkəmə deyəcək. Lakin məhkəmə onun təqsirli olmadığını müəyyənləşdirsə, zərərçəkən tərəf nəinki 100 min, hətta 100 rubl almayacaq. Müəyyən bir məqam var, açıqlaya bilmirəm”.

“Bununla belə, o, maşında idi, bu onun maşını idi. İçkili olub”, - deyə Elman Paşayev fikrini yekunlaşdırıb.