“Love Story” çəkdirən cütlük okean sularına qərq oldu - VİDEO

04:40 04-07-2020 377

ABŞ-ın Kaliforniya ştatında qayaların üstündə “Love Story” çəkdirən cütlük ölümlə üz-üzə qalıb.

“İhlas Haber Ajansı” (İHA) məlumat verir ki, Sakit Okeanın dalğaları qayaların üstündə dayanan cütlüyü okean sularına salıb.

Xilasedicilər çətinliklə də olsa, hər iki gəncin həyatını xilas edə biliblər. Qeyd olunur ki, cütlük spirtli içkinin təsiri altında olmayıb.