Tükürpədici hadisə: Anasını öldürüb, videoya çəkdi

12:00 04-07-2020 326

Türkiyənin Manisa vilayətinin Şahzadələr rayonunda evdən ölü tapılan qadını doğma oğlunun öldürdüyü məlum olub.

“Hürriyet” xəbər verir ki, 54 yaşlı Nuray Duğrulun cəsədini evinə təmirə gələn ustalar tapıblar.

Araşdırma zamanı qadını 20 yaşlı oğlu İlhan Süngercilerin öldürdüyü məlum olub.

Gənc ilk ifadəsində bildirib ki, anası ilə səhər yeməyindən sonra işə gedib, qadının öldüyünü isə ona qonşuları xəbər verib.

Sonradan İ.Süngerciler törətdiyi əməli etiraf edib. Məlum olub ki, anası həmin şəxsin küçədə tapdığı pişikləri evə gətirməsi ilə razılaşmayıb. Onların arasında mübahisə başlayıb və İ.Süngerciler anasını itələyib. Bundan sonra o, yıxılaraq, başının yerə dəyməsi səbəbindən ölən anasını videoya çəkib və evdən çıxıb, işə gedib.

Polis İ.Süngercileri nəzarətə götürüb.