İldırım 150 illik məbədi külə çevirdi - VİDEO

04:20 05-07-2020 417

Təqribən 1870-ci ildə inşa olunan məbəd bir saat içində külə dönüb.

“Komsomolskaya Pravda” öz “Telegram” kanalında bununla bağlı görüntüləri yayımlayıb.

Bildirilir ki, hadisə Rusiyanın Tomsk vilayətinin Zorkaltsevo kəndində baş verib.

Hadisənin səbəbi kimi ildırım vurması göstərilir.