27 yaşlı kişi silahını təmizləyərkən anasını və özünü vurdu

06:20 06-07-2020 344

27 yaşlı kişi ehtiyatsızlıq nəticəsində anasını və özünü yaralayıb.

Sondakika.com-un xəbərinə görə, hadisə Türkiyənin Kırıkkale şəhərində baş verib.

Belə ki, o, polisə silahı təmizləmək istədiyini və atəşin də ehtiyatsızlıqdan açıldığını bildirib. 

Hadisə nəticəsində qadın daha ağır yaralanıb.