“Azərreyl” ikinci amerikalını transfer etdi - FOTO

21:00 06-07-2020 401

“Azərreyl” klubu daha bir amerikalı voleybolçunu heyətinə qatıb.

HerGun.Az xəbər verir ki, Çağırış Kubokunda ölkəmizi təmsil edəcək Azərbaycan çempionu amerikalı Naya Kritendeni transfer edib.

Bu ay 25 yaşını qeyd edəcək Kritenden əvvəl ölkəsində “Oreqon Yuniversiti” (2013-2015) və “İllinoys Yuniversiti”də (2015-2017) oynayıb. Daha sonra onun legioner karyerası bu ardıcıllıqla davam edib: “Giqantes de Karolina” (Puerto-Riko, 2016/17), “Qolden Tulip” (İtaliya, 2016/17), UTE (Macarıstan, 2018/19), “Voleybol Franşe-Montanye” (İsveçrə, 2019/20).

Qeyd edək ki, Naya Kritenden “Azərreyl”in yeni mövsüm üçün 11-ci oyunçusu olub. Komanda ondan öncə sloveniyalı Moytsa Pene, rusiyalı Anastasiya Mertsalova, millimizin üzvləri Tovuz Ələkbərova, Kseniya Pavlenko və Valeriya Kondratyeva ilə müqavilələrin müddətini artırıb, slovakiyalı Romana Hudetsova, amerikalı Kazmier Braun, ispaniyalı Ana Nyusam, yığmamızın oyunçuları Yuliya Kərimova və Anastasiya Bessonova ilə bir illik anlaşma əldə edib.

Səbuhi Musayev