Rusiyada miqrantların kütləvi məzarlığı tapılıb - FOTO

03:40 07-07-2020 330

Rusiyanın Yakutsk şəhərində meşə ərazisində kütləvi məzarlıq aşkarlanıb. Qeyri-qanuni məzarlıqda beş miqrantın cəsədi tapılıb.

Bu barədə RF İstintaq Komitəsindən bildirilib.

Tapılan meyitlərdən ikisinin kimliyi müəyyən olunub. Bunlar Tacikistan və Qırğızıstan vətəndaşlarıdır.

Qalıqları aşkarlanmış üç şəxsin kimliyi isə naməlum olaraq qalır.

Faktla bağlı araşdırmalara başlanılıb. Yoxlamaların nəticələrinə uyğun prossesual qərar veriləcək.