Azərbaycanda kafedra müdiri koronavirusdan öldü - FOTO

09:40 07-07-2020 317

Azərbaycanda daha bir müəllim koronavirusdan vəfat edib.

HerGun.Az-ın məlumatına görə, Bakı Slavyan Universitetinin (BSU) rus dili kafedrasının müdiri, dosent Könül Qasımova COVID-19-dan ölüb.

Universitetin prorektoru Xanım Sultanova bildirib ki, koronovirus BSU-dan da yan keçməyib:

“BSU-nun  rus dili kafedrasının müdiri, dosent Könül Qasımovanı itirdik. Hamı kədər içindədir. Çox ağır dərddir. Allah sənə rəhmət eləsin, Könül! Tanrı dünyamızı qorusun! Sözün bitdiyi yer! Özümə yer tapa bilmirəm!”