“Mançester Yunayted” veteranının millimizə namizədliyi müzakirə olunacaq - Tarix bilindi
15:20 08-07-2020 374
Futbol üzrə milli komandamızın baş məşqçisi vəzifəsinə namizədlərlə bağlı məsələ iki gün sonra müzakirə olunacaq.
HerGun.Az xəbər verir ki, iyulun 10-da AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçiriləcək.
Saat 15:00-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
- Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərin müzakirəsi;
- Digər məsələlər.
Qeyd edək ki, irlandiyalı, “Mançester Yunayted”in sabiq futbolçusu Roy Kin millimizi çalışdırmağa əsas namizədlərdən biridir.