Mer vəsiyyətnamə yazıb yoxa çıxdı: Polis axtarışlara başladı

15:20 09-07-2020 429

Cənubi Koreyanın paytaxtı Seul şəhərinin meri Pak Von Sunun itkin düşməsi ilə bağlı məlumatlardan sonra polis onun axtarışlarına başlayıb.

Bu barədə “Yönhap” agentliyi yazıb.

Polisə merin yoxa çıxması ilə bağlı onun qızı müraciət edib.

O bildirib ki, atası bir neçə saat əvvəl evdən çıxıb və vəsiyyətnaməyə bənzər bir qeyd yazıb.

Əlavə olunur ki, mer telefon zənglərinə cavab vermir.