Zərdab rayonunda üç nəfər Kürdə batıb

21:00 09-07-2020 437

Kür çayının Zərdab rayonu, Burunlu kəndi ərazisindən keçən hissəsində üç nəfər batıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, bu barədə məlumat nazirliyin "112" qaynar telefon xəttinə daxil olub.

Məlumata əsasən, 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlu, 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlu və 2006-cı il təvəllüdlü İsmayılova Nahidə Rəşadət qızının batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.