Qəribə oğurluq: Hamının gözü qarşısında ərzaq səbətini götürüb qaçdı - VİDEO

14:40 10-07-2020 487

Hüquq-mühafizə orqanlarının əməkdaşları Rusiyanın Samara şəhərində ərzaq mağazasında baş vermiş oğurluq hadisəsini araşdırır.

REN TV xəbər verir ki, adı açıqlanmayan şəxs hamının gözü qarşısında başqa müştəriyə məxsus ərzaq səbətini götürərək, çıxışa doğru qaçıb.

Alıcılar onun tutmağa çalışsa da, oğurladığı səbəti yol kənarına atan kişini yaxalamaq mümkün olmayıb.

Hadisə mağazanın təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Bu görüntülərin köməyi ilə oğurluq hadisəsini törədən şəxs saxlanılıb.