İnsandakı kimi əlləri olan qəribə məxluq hər kəsi qorxutdu - VİDEO

02:40 11-07-2020 503

ABŞ-ın Nevada ştatının Boulder Siti şəhərinin sakini əlləri insanınkına bənzəyən sirli məxluq aşkarlayıb.

Bununla bağlı videonu “Daily Star” yayımlayıb.

Video sosial şəbəkədə yayıldıqdan sonra istifadəçilər onun hansı varlıq olduğu barədə müzakirələrə başlayıblar. Bənzərliyinə baxmayaraq, onun kərtənkələ olması istisna edilib. 

Bəziləri onu filmlərdəki bədheybətlərə bənzədib. Digərləri isə onun “Ulduz müharibələri” filmindən personaj olduğu barədə zarafat etdilər.

Video paylaşıldığı andan 535 mindən artıq baxılıb.