Məşhur müğənnni Keti Perri özünü ördəyə bənzətdi - FOTO

19:40 11-07-2020 483

Amerikalı müğənni Keti Perri hamiləliyinin necə keçməsindən və bu vəziyyətdə hansı çətinliklərlə üzləşməsindən danışıb.

Bu barədə “Daily Mail” xəbər yayıb.

35 yaşlı müğənni sənət fəaliyyətinə aktiv şəkildə davam etdiyini və avqust ayında yeni albom buraxmağa hazırlaşdığını deyib. Bundan başqa o, çoxlu rəqs etdiyini və mahnı oxuduğunu vurğulayıb.

“Ördək kimi gəzirəm! Nəfəs almağım çətinləşib. İndi ancaq ağzımla nəfəs alıram. Bu çox xoşagəlməzdir. Həm də, aman Allahım, o qədər meyvə buzu yeyirəm ki...”, - deyə Keti Perri bildirib.

İfaçı doğulacaq qızının atası Orlando Bluma da kömək və dəstəyinə görə minnətdar olduğunu deyib.