Bu gün Türkiyədə daha 21 nəfər koronavirusdan ölüb

23:00 11-07-2020 437

Türkiyədə son sutka ərzində koronavirusdan daha 21 nəfər ölüb.

Bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca sosial media hesabında açıqlama edib. 

Bununla da ölkədə pandemiya qurbanlarının sayı 5344 nəfərə çatıb.

Həmçinin Türkiyədə 1016 yeni yoluxma faktı qeydə alınıb. Ölkədə ümumi yoluxanların sayı hazırda 211981 nəfərə bərabərdir.