“Dortmund”un ulduzu “Mançester Yunayted”ə keçir

05:00 12-07-2020 447

Dortmund “Borussiya”sının futbolçusu Ceydon Sanço “Mançester Yunayted”ə keçməyə yaxındır.

Bu barədə “Express.de” nəşri yazıb.

“Borussiya”nın C.Sançonu koronavirus pandemiyası səbəbilə 45 milyon avro zərərə düşməsi və maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün satdığı qeyd olunur.

Bu mövsüm futbolçu meydanda olduğu 44 qarşılaşmada 20 dəfə fərqlənib.