Belçikada maska qaydasını pozanlar 250 avro cərimələnəcək

08:20 12-07-2020 332

Belçikada bir sıra ictimai yerlərdə maska taxılması məcburi olub.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Bu gündən etibarən hökumətin qərarı ilə ölkədə mağaza, kommersiya mərkəzləri, kinoteatrlar, konsert zalları, auditoriyalar, həmçinin muzey və kitabxanalarda, mədəniyyət mərkəzlərində, kazino və məhkəmə binalarında maska taxmaq məcburidir.

Yeni qərarlar 12 yaşdan yuxarı bütün şəxslərə şamil olunur.

Qaydaları pozan fiziki şəxslər üçün cərimənin məbləği 250 avro müəyyən edilib.