Pandemiyaya görə spirtli içkilərin satışı qadağan edildi

16:20 13-07-2020 423

Cənubi Afrika Respublikasının rəhbərliyi spirtli içkilərin satışının qadağan olunması ilə bağlı qərar qəbul edib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Ölkə başçısı Siril Ramafos qeyd edib ki, sözügedən tədbir tibbi müəssisələrin xəstə qəbulu imkanlarının qorunması üçün atılıb.

Onun sözlərinə görə, ölkə koronavirus infeksiyasına yoluxma hallarının pik həddinə doğru irəliləyir. Bu səbəbdən xəstəxanalarda kifayət qədər çarpayılar olmalıdır.