Ermənilər yenə özlərini biabır etdilər: 2018-ci ilin görüntüsü yeni kimi paylaşıldı - FOTOFAKT

16:40 13-07-2020 439

Ermənilər növbəti dəfə özlərini biabır ediblər.

HerGun.Az-ın məlumatına görə, “Facebook” sosial şəbəkəsində erməni bloqerlərin paylaşımından  bu qənaətə gəlmək olar.

Ermənilər Tovuz rayonunun Ağdam kəndinin yaxınlığında yerləşən Qaraqaya yüksəkliyinin 2018-ci ilin Aprel ayında müşahidə kamerası ilə çəkilmiş görüntüsünü yeni çəkilmiş foto adı ilə mətbuatda yayımlayıblar.

Fotonu yeni görüntü kimi paylaşan erməni bloqer Sam Mayilyan kameranın ekran görüntüsündəki tarixi silməyi unudub.

Digər sosial şəbəkə istifadəçisi olan ermənilər də həmin fotonu dünən çəkilmiş kimi paylaşıblar.

Daha sora Sam Mayilyan səhv şəkil paylaşdığını da etiraf edib.

İlhamə Əbülfət