Yuxarı Ağcakəndə güclü leysan yağıb, təsərrüfata və əhaliyə ziyan dəyib - VİDEO

20:00 13-07-2020 37

İyulun 13-də Goranboy rayonunun Yuxarı Ağcakənd ərazisində güclü leysan yağıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, leysan saat 16:45-də başlayıb və 17:25-ə kimi davam edib. 

İlkin məlumata görə, Gorançaydan keçən sel nəticəsində təsərrüfata və əhaliyə ziyan dəyib.