Aprel şəhidi kapitan Mühüd Orucovun doğum günüdür - FOTO

00:20 14-07-2020 39

Azərbaycanın hərb tarixinə Aprel döyüşləri kimi yazılan şanlı tarixi qələbəmizin qazanılması zamanı Qazax rayonunun üç nəfər igid oğlu - kapitan Mühüd Orucov, baş leytenant Elvin Namazov və əsgər Orxan Əliyev ən uca zirvəyə - şəhidlik zirvəsinə ucalıb.

Bu gün həmin şəhidlərimizdən kapitan Mühüd Orucovun doğum günüdür. Bununla əlaqədar Qazax gəncləri şəhidin doğulub boya-başa çatdığı Fərəhli kəndində olublar. Gənclər şəhidin məzarını ziyarət edərək gül dəstələri qoyub, ona olan ehtiramlarını bildiriblər.

Kapitan Mühüd Orucov 13 iyul 1984-cü ildə Qazax rayonunun Fərəhli kəndində anadan olub. Xidmətdə göstərdiyi uğurlara görə qısa müddətdə Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat Tabor Komandiri vəzifəsinə yüksəlib. 2014-cü ildə Ali Baş Komandan İlham Əliyev tərəfindən xatirə saatı ilə mükafatlandırılıb. Mühüd Orucov ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunub. Ailəli idi. Əkiz oğul övladı yadigar qalıb.