Amerikalı ekspertdən Azərbaycana DƏSTƏK

01:00 15-07-2020 490

“Ermənistan və Azərbaycan arasındakı son döyüşlərə gəldikdə bəzi vacib məqamları unutmamalıyıq: Hazırda Ermənistan Azərbaycanın demək olar ki, 20 faiz torpaqlarını işğal edib. Rusiya Ermənistanın bunu etməsinə icazə verir və İran da bundan faydalanır”.

Bu sözləri amerikalı hərbi ekspert Lyuk Koffi “Twitter” hesabında yazıb. 

O, digər paylaşımında isə qeyd edib:

“İnsanlar bunları deyəndə mən çox əsəbləşirəm: 

- Rusiyanın Gürcüstanı işğal etməsi: Pisdir
- Rusiyanın Ukraynanı işğal etməsi: Pisdir
- Ermənistanın Azərbaycanı işğal etməsi: Bu, çox mürəkkəbdir”. 

Qeyd edək ki, amerikalı hərbi ekspert Luke Coffey ABŞ ordusunun veteranıdır. O, Britaniyanın sabiq müdafiə naziri Liam Foksun xüsusi müşaviri olaraq işləyib.