Merkelin görüntüləri sosial mediada böyük maraqla qarşılandı - VİDEO

09:00 15-07-2020 538

Çıxış edərkən nitqi yarımçıq qalan Almaniya kansleri Angela Merkelin gözlənilməz reaksiyası sosial mediada böyük maraqla qarşılanıb.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Belə ki, Merkelin çıxışı zamanı kiminsə telefonu zəng çalıb. Kansler rinqtonu dinlədikdən sonra razı halda başını tərpədib və musiqinin gözəl olduğunu deyib.

Video qısa müddətdə sosial şəbəkələrdə yayılıb. İstifadəçilər alman siyasətçinin reaksiyasını, emosianallığını və xeyirxahlığını yüksək qiymətləndiriblər.