Rusiyada yaşayan azərbaycanlı repçi: “Hazırda baş verənlər mənim üçün ağrılıdır” - FOTO

23:20 16-07-2020 650

Rusiyada yaşayan azərbaycanlı repçi 27 yaşlı Aleksandr Əliyev son günlər Ermənistan silahlı bölmələrinin Azərbaycan Ordusunun Tovuz rayonu istiqamətində təxribat cəhdinin qarşısını alarkən şəhid olmuz hərbçilərimizlə bağlı paylaşım edib.

HerGun.Az xəbər verir ki, o, “Instagram” hesabında etdiyi paylaşıma bu şərhi yazıb:

“Hörmətli izləyicilər, çox təəssüf ki, Azərbaycan və Ermənistan sərhədində hərbi əməliyyatlar yenidən başlayıb, nəticədə gənc əsgərlər və yüksək rütbəli zabitlər həlak olub.

Analar oğulsuz qalıb. Qadınlar ərsiz. Uşaqlar atasız qalıb. 

Münaqişələr nəticəsində insanların ölümü mənim üçün ağrılıdır. Müharibəyə, istənilən aqressiyaya qarşıyam. Mən istəyirəm ki, hər bir insanın sülh şəraitində xoşbəxt həyat sürmək imkanı olsun!

Mənim paylaşımımın nəyisə dəyişəcəyi az inandırıcıdır, ancaq mən baş verənlərlə bağlı mövqeyimi paylaşmaya bilməzdim. 

Mən azərbaycanlıyam və bununla fəxr edirəm. Sizin kimi mən də Vətənimi sevirəm. Susmaq çətindir. Hazırda baş verənlər mənim üçün ağrılıdır. 

Şəhid olan əsgər və zabitlərin ailələrinə başsağlığı verirəm!”

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Уважаемые подписчики, к большому сожалению на границе между Азербайджаном и Арменией возобновились военные действия, которые привели к гибели молодых солдат и высокопоставленных офицеров. Мамы остались без сыновей. Жены без мужей. Дети остались без Папы. Мне больно осознавать, что ввиду конфликта погибают люди. Я против войны, я против любого проявления агрессии. Я хочу чтоб у каждого человека была возможность прожить счастливую жизнь под мирным небом! Маловероятно, что мой пост что-то изменит, но я не могу не выразить свою позицию по поводу происходящего. Я Азербайджанец и я горжусь этим! Как и любой из вас я люблю свою Родину. Сложно молчать. Мне больно от того, что сейчас происходит. Приношу свои соболезнования семьям погибших солдат и офицеров!

Публикация от HAMMALI (@hammali_)