Rusiyada məşhurlaşan azərbaycanlı müğənni: “Vətənimdə baş verənlərə görə özümə gələ bilmirəm” - FOTO

01:00 17-07-2020 575

Rusiyada müğənnilik fəaliyyəti ilə məşğul olan Azərbaycan əsilli Emil Kadırov son günlər Ermənistan silahlı bölmələrinin Azərbaycan Ordusunun Tovuz rayonu istiqamətində təxribat cəhdinin qarşısını alarkən şəhid olmuş hərbçilərimizlə bağlı paylaşım edib. 

HerGun.Az xəbər verir ki, o,  “Instagram” hesabında Azərbaycan bayrağının fotosunu paylaşaraq, bu şərhi yazıb:

“Vətənim Azərbaycanda baş verənlərdən bir neçə gündür özümə gələ bilmirəm. Ermənistanla sərhəddə yenidən atışma gedir, insanlar ölür... Bu münaqişə əbədi davam edə bilməz! Bütün dünya azərbaycanlıları Ermənistan tərəfini silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmağa və BMT TəhlükəsizliK şurasının dörd qətnaməsini yerinə yetirməyə çağırır!

Allah şəhidlərimizə rəhmət eləsin”.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Уже несколько дней не могу придти в себя от того, что происходит на моей родине в Азербайджане.Вновь на границе с Арменией идёт стрельба , гибнут люди...Этот конфликт не может продолжаться вечно!!!Азербайджанцы всего мира призывают Армянскую сторону к выводу войск с территории Азербайджана и выполнению 4-ёх резолюций СБ ООН !!!!! Allah butun sehidlere rehmet elesin... #нетвойне #azerbaycan

Публикация от Эмиль Кадыров (@emil_kadirov)