Roma Papası Azərbaycan və Ermənistana çağırış edib

17:20 19-07-2020 496

Roma Papası Fransısk son günlər Ermənistan və Azərbaycan sərhədində yaranan gərginliklə bağlı narahatlığını bildiriərək çağırış edib.

Lenta.ru-nun məlumatına görə, pontifik məsələ ilə bağlı deyib: 

“Son günlər Qafqaz regionunda Ermənistan və Azərbaycan arasında hərbi gərginliyin kəskinləşməsini narahatlıqla izləyirəm”.

Papa Fransisk son döyüşlərdə ölənlərin ailələri üçün dua edəcəyini vəd verib. O, ümid etdiyini bildirib ki, beynəlxalq ictimaiyyət dialoq və tərəflərin xoş istəyi ilə münaqişənin bu sevimli xalqların xeyrinə davamlı sülh ilə həll yolunu əldə edə bilər.