Amerikalı repçi Maykl Ceksonun qətlə yetirildiyini ağzından qaçırdı - FOTO - GECƏYƏ

05:40 23-07-2020 589

Repçi Kanye Uest “pop kralı” Maykl Ceksonun öldürüldüyünü bildirib.

“Daily Mail”in məlumatına görə, o, bu barədə “Twitter” hesabında qayınanası Kris Cennerlə onlayn müsahibə zamanı bildirib.

Hip-hop ifaçısı M.Ceksonun “öldürülməzdən əvvəl” ona “Sony”nin sabiq top-meneceri Tommi Mottole barədə danışdığını deyib. Onun sözlərinə görə, Cekson 2001-ci ildə “Invincible” üçün layiqli reklam kampaniyası təşkil etməyən Mottolanı “şeytani irqçi” adlandırıb.

K.Uest az sonra tvitini silib.

Qeyd edək ki, repçi bundan əvvəl arvadı Kim Kardaşyanı onu psixi dispanserə salmaq istəməkdə ittiham etmişdi.

“Pop kralı” kimi tanınan Maykl Cekson 2009-cu ildə 50 yaşında vəfat edib. Onun ölüm səbəbi kimi müalicə edən həkimin verdiyi dərman kombinasiyasından ürəyinin dayanması göstərilib.