Rusiya hərbçiləri Ermənistanda hərbi təlimlərə başladı

16:20 23-07-2020 434

Ermənistanda Rusiya hərbçiləri ilə Birgə Hava Hücumundan Müdafiə Sistemi çərçivəsində planlaşdırılan təlimlər başlayıb.

Gazeta.ru xəbər verir ki, bu barədə Ermənistan Respublikası Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Ermənistan və Rusiya hərbçiləri şərti düşmənin kəşfiyyat və zərbə PUA-larına (Pilotsuz Uçuş Aparatı) qarşı mübarizə bacarıqlarını tətbiq edirlər.

Hərbi manevrlər Ermənistan-Azərbaycan sərhədində son günlər yaşanan gərginlik fonunda aparılır.