Avtomobilin mühərrikində ilişib qalan dovşan azad edildi - VİDEO

03:40 24-07-2020 373

Rusiyanın Orenburq şəhərində nəqliyyat vasitəsini təmir edən ustalar avtomobilin mühərrikində ilişib qalmış dovşanı azad ediblər.

REN TV xəbər verir ki, görüntülər “VKontakte” sosial şəbəkəsində yayılıb.

Videonu yerləşdirən şəxs bu xidmətə görə avtomobil ustalarına 500 rubl (11 manat) ödədiyini qeyd edib.

Videoya şərh yazan internet istifadəçiləri arasında dovşanın vəziyyəti ilə bağlı narahatlığını ifadə edənlər də olub.