Əsir düşərgəsinin 93 yaşlı keçmiş gözətçisinin cəzası məlum oldu

05:40 24-07-2020 328

Almaniyada məhkəmə Ştutthof nasist düşərgəsində 5000-dən çox insanın qətlində iştirak etmiş 93 yaşlı qocaya hökm oxuyub.

“Spiegel online” xəbər verir ki, keçmiş əsir düşərgəsi gözətçisi iki il şərti cəzaya məhkum edilib.

Məhkəmədə çıxış edən prokuror söyləyib ki, 1944-cü ilin avqustundan 1945-ci ilin aprelinə qədər həmin düşərgədə ən azı 5 230 adam öldürülüb.

Qoca müttəhim məhkəməyə əlil arabasında gəlib və üzünü gizlədib.