Qırğızıstanda COVID-la bağlı matəm elan olunacaq

17:40 25-07-2020 363

Qırğızıstanda koronavirus qurbanlarını yad edilməsi məqsədilə 30 iyul milli matəm günü elan edilib.

Bu barədə ölkə başçısı Sooronbay Jeenbekov “Birinci radio”ya danışıb.

“Qabaqcadan danışmaq istəmirəm, amma iyulun 31-də Qurban bayramını qeyd edəcəyik, buna qədər isə iyulun 30-da bütün ölkə ərazisindəə matəm elan olunacaq”, - deyə S.Jeenbekov bildirib.