İnsanları qula çevirib işləmək üçün icarəyə verdilər

20:20 25-07-2020 368

Ukraynanın Xerson əyalətinin sakini 13 həmvətənini gün ərzində 15 saat pulsuz çalışmağa məcbur edib.

Bu barədə “Strana.ua” məlumat yayıb.

Hadisə barədə zorla çalışdırılan və qaçmağa nail olan şəxslərdən biri deyib. Qul kimi çalışdırılan şəxslərdən ikisi qadın olub. Onlar 19-53 yaş aralığında olublar.

30 yaşlı ukraynalı öz “əsirlərini” yerli fermerlərə icarəyə verib.