Dünyada koronavirusa yoluxanların sayı 16 milyonu ötdü

22:00 25-07-2020 321

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların ümumi sayı 16 milyonu ötüb.

Bu ana olan görə, yoluxanların ümumi sayı 16 074 384 nəfərdir. Onlardan 645 214 nəfər vəfat edib.

Koronavirusdan sağalanların dünya üzrə sayı isə 9 821 781-ə bərabərdir.

Yoluxanların ümumi sayına görə ilk yerdə ABŞ qərarlaşıb. Bu ölkədə 4 281 314 nəfər COVID-19 xəstəsi var. Sonrakı yerləri isə Braziliya və Hindistan paylaşırlar.

Azərbaycanda koronavirusa yoluxan şəxslərin ümumi sayı isə 29 633 nəfərdir.